Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının 7-si barəsində 4 aylıq həbs qərarı verilib - YENİLƏNDİ

699
Paylaş:
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının 7-si barəsində 4 aylıq həbs qərarı verilib -   YENİLƏNDİ

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə yeddi nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, bir nəfərin məhkəməsi davam edəcək.

***

22:02

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

***

21:44

İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan səkkiz nəfər məhkəməyə gətirilib.

Proses Səbail Rayon Məhkəməsində keçirilir.

Report

Paylaş:

Ən son xəbərlər