Azərbaycanda dövlət idarəçiliyində uzun illərdir təcrübə və peşəkarlığı ilə tanınan şəxslər bu gün də müxtəlif yüksək vəzifələrdə fəaliyyətlərini davam etdirirlər. Bəzi hallarda pensiya yaşını keçmiş bu şəxslər dövlətin müxtəlif sahələrində – parlamentdən elmə, universitetlərdən icra hakimiyyətlərinə qədər önəmli mövqeləri qoruyurlar. Sfera.az 1 iyul 2025-ci il tarixinə olan məlumatlara əsasən, Azərbaycanda vəzifədə olan və yaşı 70-i keçən şəxslərlə bağlı geniş araşdırma aparıb. Siyahı həm yaş, həm vəzifə, həm də onların keçdiyi dövlət yolu baxımından təqdim olunur.
Prezident Administrasiyası və Nazirlər Kabinetində yaşlı liderlər:
Yaqub Eyyubov (80 yaş) – Baş nazirin birinci müavini. 2003-cü ildən bu vəzifədə çalışır. İqtisadi sahədə ixtisaslaşıb.
Əhməd Əhmədzadə (80 yaş) - Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi 4 oktyabr 2024-cü il tarixindən bu vəzifədədir. Qeyd edək ki, o bundan əvvəl baş nazirin müşaviri, ondan öncə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub.
Tələt Məcidov (80 yaş) – 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiridir.
Ramil Usubov (77 yaş) – sabiq daxili işlər naziri, 2019-cu ildən Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.
Bəylər Eyyubov (74 yaş) – Bu ildən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi, əvvəllər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb.
Əsgər Rəsulov (71 yaş) - 2018-ci ildən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisidir.
Azərbaycan parlamentində yaşlı nəslin təmsilçiləri fəallıqlarını davam etdirirlər. 2025-ci il üçün Milli Məclisdə 70 yaşını keçmiş 19-a yaxın deputat yer alır:
Ziyad Səmədzadə (84 yaş) – iqtisadiyyat elmləri doktoru, uzun illərdir Milli Məclisin deputatıdır.
Eldar İbrahimov (79 yaş) – parlamentin təcrübəli üzvü, bir neçə çağırış deputat seçilib.
Polad Bülbüloğlu (79 yaş) – tanınmış sənətkar, hazırda Azərbaycanın Rusiya səfiri olsa da, deputat statusunu daşıyır.
Əhliman Əmiraslanov (təqribən 77 yaş) – onkoloq, akademik, elm və səhiyyə sahəsinin tanınmış siması.
Əli Əhmədov (72) - Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini, fəlsəfə elmlər namizədi, dosent.