Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
“Qafqazinfo”nun məlumatına görə, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş. Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.
İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan xanım onu tərk edib.
Qazinin Könüllə “ASAN xidmət” mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

