BURADA REKLAMINIZ OLA
BİLƏR

Albina Pyakşevanın sağ olduğu açıqlandı - FOTO - YENİLƏNDİ

Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi barədə məlumat yayan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu bildirib.

 

Leyla Əfəndiyeya bu barədə “Facebook” hesabında paylaşım edib.

 

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.

 

Albina Pyakşevanın adının açıqlanmasını istəməyən dostu da APA-ya açıqlamasında müğəninin öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.

 

“Caz ifaçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi xəbəri həqiqəti əks etdirmir", – deyə o qeyd edib.

Azərbaycanlı müğənni caz ifaçısı Albina Pyakşeva Amerika ilə Meksika sərhədində öldürülüb.

 

Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva məlumat verib.

 

“Dünən axşam bu barədə məlumat aldım. Kimin tərəfindən öldürüldüyünü bilmirəm. Bildiyim odur ki, sərhəddə öldürülüb”, – deyə Leyla Əfəndiyeva bildirib.

 

APA

 

Azərbaycanlı müğənni Meksika-ABŞ sərhədində öldürülüb

Tarix: 5 İyul 2025, 21:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin