13 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olmaqda təqsirləndirilən 46 yaşlı şəxs həbs edilib. Təqsirləndirilən şəxs özünü günahkar bilməsə də, qızın ailəsinə 10 min manat ödəyib.
46 yaşlı Qafarın (ad şərtidir) 13 yaşlı qızla 2023-cü ildə münasibətdə olduğu bildirilir.
İstintaq müəyyən edib ki, qız 2023-cü ildə zorakılığa məruz qalsa da, ailəsinə 2024-cü ilin sonlarında bu barədə məlumat verib. Qanuni nümayəndə ilə dindirilən uşaq bildirib ki, xəstələndiyi üçün anası onu həkimə aparmaq istəyib. O da həkimdə başına gələnlərin bilinəcəyindən qorxduğu üçün anasına məlumat verib.
“Qorxduğum üçün heç kimə heç nə demədim. Mənə deyirdi ki, səni öldürərəm. 18 yaşım olanda mənimlə evlənəcəyini deyirdi”, - zərərçəkmiş kimi tanınan 13 yaşlı qız əlavə edib.