FHN-in keçmiş baş müfəttişi Ağayev Məmmədmirzə vəfat edib. Ajans.az xəbər verir ki, uzun illər Fövqəladə Hallar Nazirliyində (FHN) baş müfəttiş və məsləhətçi vəzifələrində çalışmış, Bakıda yaşayan Salyan sakini Ağayev Məmmədmirzə (Babaş) Şirinbala oğlu 68 yaşında ürək çatışmazlığından vəfat edib.
Mərhumun vəfat xəbəri yaxınları və dostları tərəfindən dərin kədər hissi ilə qarşılanıb.
