Tanınmış iş adamı, "Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.
Pravda.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
