Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.
Bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.
Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.
S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.
