Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Pravda.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
İyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü “isti izlərlə” açılıb.