Dünən Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.