Ucar rayonunun Qazyan kənd sakini, 26 yaşlı Sübhan Hüseynov "tükdönməsi" əməliyyatı zamanı aldığı narkozdan sonra komaya düşüb və bir müddət sonra vəfat edib.
Ailəsi onun ölümündə həkim səhlənkarlığını əsas səbəb kimi göstərir.
Mərhumun anası bildirib ki, həkim əvvəlcə oğlu üçün narkoz tətbiq edilməyəcəyini, yalnız iynə ilə yerli keyitmə aparılacağını desə də, əməliyyat zamanı ümumi narkoz verilib:
"Həkim mənə dedi ki, narkoz verməyəcək, iynə ilə keyidəcək. Amma balama narkoz veriblər. Heç demə, uşaq orada ölüb. Ciyərini vurub partladıblar. 44 günlük müharibədə oğluma heç nə olmadı, amma bir iynə ilə onu öldürdülər".