BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdam-Füzuli yolunda qəza - 20 nəfər xəsarət alıb

Ağdam-Füzuli yolunda mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb

 

 

Bu gün Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

 

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Tarix: 9 İyul 2025, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin