“Qarabağ şüarı ilə yürüş edənləri başa düşürəm. Haqlı tələbdir. Hər birimizin səbr kasası dolub. Amma belə məqamlarda ayıq olmalıyıq. Çünki bu hadisələrdən yararlanmağa çalışan daxili və xarici qüvvələr olmamış deyil”.
Partiya sədrinin müavini: “Qarabağ” şüarı ilə yürüş edənləri başa düşürəm, amma...”
Pravda.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov bildirib ki, hər kəs dövlətin aldığı qərarları gözləməli, rəsmi mənbələrə güvənməlidir: “Təxribatlara imkan vermək olmaz. Tanrı Azərbaycanımızı qorusun!”