BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazinin həyat yoldaşının 8-ci mərtəbədən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb

İyunun 30-da Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Qeyd edilib ki, hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Tarix: 11 İyul 2025, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin