“TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. O, idarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Pravda.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok”da paylaşılıb.
Kadrlarda görünür ki, N. Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açmaqla” onların diqqətini yayındırır. Bu anlarda nəinki onların diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.