Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtda metronun "Azadlıq" stansiyasının yaxınlığında, Süleyman Sani Axundov küçəsində yaşanan problem haqqında məlumat verilib.
Qeyd edilib ki, sözügedən ərazidə avtobusların onlar üçün yer ayrıldığı halda xaotik şəkildə dayanmaları, hətta üçüncü zolağa qədər zəbt etmələri avtomobillərin hərəkətini çətinləşdirir.