Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi qeydə alınıb.
1993-cü il təvəllüdlü, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə gecə saatlarında baş verib.
Məlumata əsasən, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb.