Ötən gündən etibarən bir sıra mətbu orqanlarda 2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin qalıqlarının tapılması haqqında məlumatlar yayılır. Oxu.Az rəsmi mənbələrdən dəqiqləşdirib ki, itkin şəxsin qalıqlarının tapılması həqiqətə uyğun deyil.
İmişlidə 2 il əvvəl itkin düşən Rasimin qalıqları tapılıb?
Qeyd edək ki, bir sıra saytların verdiyi xəbərə görə, Rasim guya qətlə yetirilib və cinayəti törətməkdə şübhəli bilinən şəxslər isə polis tərəfindən saxlanılıblar.