Salyan rayonunun Parça Xələc kəndində baş verən və üç nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.
Məlumata görə, Seydan kəndindən Gəncəli kəndi istiqamətində hərəkətdə olan QAZ-31 markalı minik avtomobili yol kənarındakı su kollektoruna aşıb.
Nəticədə avtomobildə olan Gəncəli kənd sakinləri, 54 yaşlı Sərraf Qafarov, 36 yaşlı Camal Dəmirov və 38 yaşlı Ramiq Həsənov hadisə yerində həyatını itiriblər.
Həlak olan şəxslərin qohumu Mehman Məlikov bildirib ki, onların hər üçü ailəli olub: "Xəbəri eşidəndə şoka düşdüm. Dedilər ki, maşın kanala aşıb. Ölənlərdən biri bacım oğludur".