Sabirabad rayonunda 85 yaşlı qadının döyülərək qətlə yetirilməsinin təfərrüatı məlum olub. Pravda.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə pul üstündə olub. Belə ki, Mürsəlli kənd sakini, 1972-ci il təvəllüdlü Ağamirzə Zeynalov içki düşkünü olub. O, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb, içirmiş. A.Zeynalov nadir hallarda fəhlə işləyib, pul qazanırmış.
A.Zeynalovun anası, 1940-cı il təvəllüdlü Balabikə Zeynalova iyulun 13-də səhər saatlarında oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb gizləyib. Günorta saatlarında yuxudan oyanan A.Zeynalov yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. İçkini nisyə alan A.Zeynalov evə qayıdaraq anasından pensiya kartını soruşub. B.Zeynalova kartın özünə məxsus olduğunu bildirib və bir də ona pensiyasını verməyəcəyini deyib.