Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Türkutdan pulunu tələb edən zərərçəkmişlər məhkəməyə üz tutub. İlknur və bacısı həbs edilsə də, zərərçəkmiş kimi tanınan şəxslər pullarını ala bilməyiblər. Buna görə də onlar mülki qaydada məhkəməyə müraciət ediblər.
Zərərçəkmişlər ayrı-ayrılıqda rayon məhkəmələrinə mülki qaydada müraciət edərək dəymiş zərərin ödənilməsini tələb ediblər. Məhkəmə mülki iddiaları təmin edib. Lakin zərərin necə ödəniləcəyi məlum deyil...