Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinəsi ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Vəsatət təmin edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Rüfət Səfərov Novxanıda bağ satmaq qarşılığında zərərçəkəndən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək mübahisə edib. Rüfət Səfərov onu yaralayıb.