Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev danışdı: Bizim işimiz haqq işidir - VİDEO ƏLAVƏ OLUNDU

2 130
Paylaş:
İlham Əliyev  danışdı:     Bizim işimiz haqq işidir - VİDEO ƏLAVƏ OLUNDU

“Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik”.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, bu hərbi təxribatı kim törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verir və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır.  Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”, - dövlət başçısı bildirib.

Paylaş:

Ən son xəbərlər