Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.
Görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.
Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.