Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs əməliyyat-texniki tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, 34 yaşlı Qulamov Eldəniz Şayiq oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq əməllərində şübhəli bilinir.
Müəyyən olunub ki, E.Qulamov digər şəxslərlə birgə qabaqcadan əlbir olaraq müxtəlif sosial şəbəkə platformaları və messencer proqramları vasitəsilə vətəndaşların şəxsiyyət vəsiqələrini, pasportlarını və bank kartlarını əldə etməklə bir sıra cinayətkar əməllər törədib.