Sabirabadda kişinin arvadı tərəfindən döyülməsinin detalları məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində nazirliyin “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.
Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.
***