Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Pravda.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib ki, sosial şəbəkələrdə müxtəlif dedi-qodular, söz- söhbətlər gedir: “Müxtəlif istiqamətlərdə guya hansısa əməliyyatların keçirilməsiylə bağlı əsassız məlumatlara yayılır. Bir daha xalqımıza, o cümlədən Kütləvi İnformasiya Vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm. Ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyi onlardan xahiş edirik. Dedi-qodu yayılması düşmən dəyirmanına su tökməkdir.