BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis sahilyanı ərazilərini zibilliyən 20 nəfəri cərimələyib

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, sahilboyu ərazilərdə keçirilən növbəti tədbirlər zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfərin məişət tullantılarını tutumlarından (urnalardan) kənar yerlərə atması müəyyən edilib və ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.

Tarix: 16 İyul 2025, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin