İran parlamentinin daha bir deputatı koronavirusdan həyatını itirib.
Deputat koronavirusdan öldü
Pravda.az-ın xəbərinə görə, 11-ci çağırış parlament seçkilərində Həmədan əyalətinin Bahar bölgəsindən deputat seçilən İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.
Məlumata görə, İ.Cəfəri 11-ci çağırış parlamentdə koronavirusdan həyatını itirən 3-cü deputatdır. Bundan öncə iki deputat virusa yoluxaraq həyatını itirmişdi.APA