BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış uroloq parlament seçkilərində namizədliyini irəli sürdü – “Sumqayıt uşağıyam”

Tanınmış uroloq-androloq, Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində namizəd olacağını açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, V.İsmayıl 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd olacaq.

 

O, bu seçki dairəsini seçməyinin səbəbini belə izah edib: “Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən 9 Fevralda keçiriləcək Milli Məclis seçkilərinə namizədliyimi vermək qərarına gəldim. Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, orada oxumuşam, boya-başa çatmışam. Bizim evimiz 10-cu mikrorayonda yerləşir. Sumqayıt 41 saylı 1-ci seçki dairəsi mənə niyə yaxındır? Mənim ilk müəlliməm, məni savada qovuşduran Lilpar müəllimə orada yaşayır. Seçki dairəsinin 1-ci və 2-ci məntəqələrinin yerləşdiyi 28 nömrəli məktəbə turnikdə məşq eləməyə gedirdik. Uşaqlıq dostum Sahib və Mahir ilə oranın stadionunda çox qaçmağa getmişəm. Dairənin 3-cü, 4-cü və 5-ci məntəqələrinin yerləşdiyi 24 nömrəli məktəbdə oxuma-yazma öyrənmişəm. Sumqayıt 41 saylı 1-ci seçki dairəsinin 6-cı və 7-ci məntəqələrinin yerləşdiyi 21 nömrəli məktəbdə təhsil və axırda atestat almışam. Seçki dairəsinin 8-ci məntəqəsinin yerləşdiyi 52 saylı uşaq baxçasında Səbinə müəllimənin sinifində olmuşam. Bu gün də ata evim bu dairənin hüdudlarındadır. Sumqayıt uşağıyam. Sumqayıtlılarla birlikdəyəm!”

 

Qeyd: Hazırda Sumqayıt 41 saylı 1-ci seçki dairəsinin deputatı Mirzəcan Xəlilovdur. Seçicilərin əksəriyyəti M.Xəlilovu tanımır, tanıyanlar da narazıdır.

Tarix: 11 Dekabr 2019, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin