Bakıda restorandan çıxan qadına qarşı quldurluq edilib.
Pravda.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Salam Baku" restoranının həyətində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini olan qadın rəfiqəsi ilə birlikdə adıçəkilən restorana şam yeməyinə gediblər. Yeməkdən sonra restoranı tərk edən qadınlar həyətə düşərək avtomobilə əyləşiblər. Avtomobil sahibi olan qadın əl çantasını arxa oturacağa qoyub, sükan arxasına keçib. Bu zaman kənardan onları izləyən Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Aydın Əzimov (ad və soyad şərtidir) avtomobilin arxa qapısını açaraq maşına daxil olub. O, qadının 850 manat dəyərində olan əl çantasını götürərək hadisə yerindən qaçıb.