BURADA REKLAMINIZ OLA
BİLƏR

Brilyant qaşların gömrükdən qanunsuz keçirilməsi cəhdinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

 

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

 

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111, 95 karat brilyant qaşlar aşkarlanıb.

Tarix: 18 İyul 2025, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin