Bakının məşhur fitnes mərkəzlərindən biri kimi tanınan “FS Club Badam”da çalışan şəxs müştəri ilə yeyib-içdikdən sonra onun mobil telefonunu və qolbağını oğurlayıb.
Adı çəkilən obyektdə kisəçi işləyən Rəhman bir neçə aydır tanıdığı Rəsul adlı müştərinin mobil telefonunu və qolbağını oğurlayıb.
Rəsul “FS Club Badam”da idman zalından və hamamdan istifadə edirmiş. Hadisə günü hamamdan çıxan Rəsul pivə sifariş vermək istəyib. Rəhman isə mərkəzin restoranının bağlı olduğunu, sifariş götürülməyəcəyini deyib.
Söhbət zamanı Rəhman da pivə içmək istədiyini, lakin pulunun olmadığını bildirib. Bu zaman Rəsul Rəhmanı pivə içməyə dəvət edib. Onlar “FS Club Badam”dan ayrılaraq Rəsulun yaşadığı evə gəliblər. Rəsul marketdən pivə alaraq Rəhmanla birlikdə evə qalxıb. Pivəni içdikdən sonra Rəsul getməyə yerinin olmadığını, “FS Club Badam”ın idman zalında gecələdiyini deyib. Bildirib ki, içkili olduğu üçün gecə saatlarında onu “FS Club Badam”a buraxmayacaqlar.