Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.
Ombudsman Aparatından Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.
Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.