Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Müdafiə Nazirliyi yeni məlumat yaydı

1 557
Paylaş:
Müdafiə Nazirliyi yeni məlumat yaydı

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Paylaş:

Ən son xəbərlər