“Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin 3 milyon manatdan çox vergi borcu var.
“Synergy Group” vergilər naziri olmuş mərhum Fazil Məmmədovun biznes imperiyasına daxil idi.
Şirkətin qanuni təmsilçisi isə Fazil Məmmədovun yaxın adamı, Binəqədinin icra başçısı olmuş Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovdur.
Hazırda da şirkətə rəhbərliyi Elnur İsgəndərov həyata keçirir. “Synergy Group” MMC-nin nizamnamə kapitalı 50 milyon manatdır. “Synergy Group” bir müddət əvvəl vergiyə yaranmış borcunu ödəyib. Şirkətin hazırda 167 manat vergi borcu var.