Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - YENİLƏNDİ

665
Paylaş:
Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib -   YENİLƏNDİ

23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədəTƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.

***

14:30

Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağırlaşıb.

Bu barədə onun oğlu Yaşar Babayev məlumat verib.

Oğlunun sözlərinə görə, Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.

APA

Paylaş:

Ən son xəbərlər