Xalq artisti Mənsum İbrahimov sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Mənsum müəllim, cəbhə boyu baş verən prosesləri izləyirsinizmi?
- Bəli, əlbəttə, dünəndən bütün xəbərləri izləyirəm. Çox təəssüf edirəm ki, dörd şəhid verdik. Allah ruhlarını şad eləsin. Ermənilər bütün dünyaya təxribatçı olduqlarını göstərdilər. Təbii ki, qüdrətli Azərbaycan ordusu düşmənin öhdəsindən gəldi və yerində otuzdurdu. Ermənilər gözlə görünən virusdurlar, onlar torpaqlarımızdan çıxmalıdırlar. Güclü ordumuz və bütün texniki bazamız var. Ali Baş komandanımızın əmri ilə torpaqlarımızı xilas etməyə hazırıq.
- Hazırda ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Karantini necə keçirirsiniz?
- Ən önəmlisi sağlam qalmaqdır. Süni aparata qoşulub tavana baxmaqdansa, evdə oturub küçəyə baxmaq daha yaxşıdır. Bu, bütün dünyada gedən prosesdir. Xalqımızın birliyi ilə bu vəziyyətdən çıxacağıq.
Bizə də çox çətindir. Sənətçiyəm, hər zaman xalqın içində olmuşam. Dörd ayda 8 səfərimiz təxirə düşüb. Amma ən əsası sağlamlıqdır. İnşallah, ölkəmiz itki vermədən bu vəziyyətdən çıxacaq. Zərurət olmadıqca çölə çıxmaq lazım deyil.
Son günlər görürəm ki, insanlar maska taxırlar, sosial məsafəni qoruyurlar. Bu, alqışlanası haldı. Bilirsiniz ki, sənət adamları arasında, eləcə də hər birimizin ətrafımızda, tanışlarımızda koronavirusa yoluxanlar var. Şükür Allaha, sağalıblar və normal həyatlarına qayıdıblar. Bu isə fədakar həkimlərimizin sayəsindədir. Onların arasında da virusa yoluxan və dünyasını dəyişənlər var. Allahdan həkimlərimizə can sağlığı arzulayıram.
Hər kəs özünü qorumalıdır. Bu, elə bir virusdur ki, hər birimiz yoluxa bilərik. Onu da deyim ki, artıq insanlarda immunitet yaranıb və təcrübə toplamışıq. Kubadan, Çindən, Türkiyədən, Rusiyadan mütəxəssislər gətirilir. Virusa yoluxan zaman vaxtında müraciət edəndə qorxulu olmur. Panikaya düşmək lazım deyil. Qohumlarım arasında da virusa yoluxanlar olub. Artıq sağalıblar. Sadəcə ehtiyatlı olmaq lazımdır.
Virus yavaş-yavaş gedəcək. Hər kəs özünü qorusun. Bilmirsən, ətrafında kim virus daşıyıcısıdır. Yuxarıda da qeyd etdiyim kimi, qorxmaq və panikaya düşmək olmaz. Bizim üçün əsas virus ermənilərdir. O virusu torpaqlarımızdan çıxarmalıyıq və xalq olaraq ordumuza dəstək verməliyik. Hər birimiz müharibəyə hazırıq.
- Karantin rejimini harada keçirirsiniz?