Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xalq artisti Arif Babayevin vəziyyəti stabilləşib - YENİLƏNDİ

569
Paylaş:
Xalq artisti Arif Babayevin vəziyyəti stabilləşib -   YENİLƏNDİ

Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.

Bu barədə sənətkarın oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbət doğru dəyişiklik müşahidə olunur.

“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, – deyə Yaşar Babayev qeyd edib.

Qeyd edək ki, xalq artisti bu gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

APA

***

2025-07-24 23:17

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.

Paylaş:

Ən son xəbərlər