Ağdam rayonunun Abdal və Gülablı kəndləri ərazisində başlayan yanğın davam edir.
Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin briqadaları, canlı qüvvə və texnikaları cəlb olunub.
Gündüz saatlarında ərazidə helikopterlər fasiləsiz çalışıblar. Lakin ərazidə tüstü və dumanın yaratdığı görmə məhdudiyyəti havadan müdaxiləni mümkünsüz edib.