Ötən gün Laçın rayonunun Qarakeçdi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində həlak olanların bir ailənin üzvləri olduğu məlum olub.
Qəza zamanı həyatını itirənlər avtomobilin sürücüsü - keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qayınanası Xədicə Novruzovadır.