Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur:
Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
O həmin ifadəsində deyib ki, 2024-cü ilin noyabr ayında Avropa Çempionatında iştirak etmək üçün Yunanistanın paytaxtı Afina şəhərinə gedib. Həmin çempionatda Ramal Aslanov da öz tələbələri ilə iştirak edib. İdmançılar arasında mübahisə də elə Afinada başlayıb.
"Bakıya qayıdanda bir neçə nəfər məni izləyərək yaşadığım ünvana gəldi. Həmin vaxt Ramal Aslanov mənə zəng edərək bayıra çıxıb söhbət etməyi təklif etdi. Bu ilin yanvar ayında Xətai rayonunda dostum Anar Süleymanovla restorandan çıxarkən Elnur və Elçin mənə hücum etdilər. Bu zaman Anarı köməyə çağırdım. Onu yerə yıxıldığını gördüm. Anar çətinliklə də olsa, ayağa qalxdı. Bu zaman ona beşbarmaqla alın nahiyəsindən zərbə endirdilər. Zərbənin təsirindən Anar yerə yıxıldı. Hadisədən sonra Mərkəzi Nefçilər Xəstəxansına yerləşdirildik. Alnımdan 10 dənə tikiş atmışdılar", - o bildirib.
Daha sonra zərərçəkən Anar Süleymanov ifadə verib. O bildirib ki, dostu Fuada hücum edən zaman ona kömək üçün yaxınlaşıb.