Qazax rayonunda Azərbaycanın Baş naziri Əli Əsədovun adından saxta sənəd hazırlayan sahibkar məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo-nun məlumatına görə, 1992-ci il təvəllüdlü, Qazax şəhərində anadan olmuş fərdi sahibkar Mikayıl Hüseynovun (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə açılmış cinayət işinə açıq məhkəmə baxışı keçirilib.
İstintaqla müəyyən edilib ki, Mikayıl Hüseynov Qazax şəhəri, Nəriman Nərimanov qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ona məxsus olan 3 hektar təsərrüfat təyinatlı torpaq sahəsini satmaq qərarına gəlib. O, torpağın 15 sotunu İlham adlı şəxsə satmaq üçün razılığa gəlib. Qiymət sot başına 1000 manat olmaqla, ümumilikdə 15.000 manat müəyyən edilib.
Ətraflı