Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində fəaliyyət göstərən uşaq bağçası ilə bağlı narahatedici görüntülər yayılıb.
Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, azyaşlı uşaqların cəzalandırılmaq məqsədilə binanın zirzəmisinə salındığı iddia olunur.
Sosial şəbəkələrdə yayılan və azyaşlının saatlarla ağladığını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.