Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.
99-RN-005 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin vurması nəticəsində həyatını itirən Ülviyyə Əhmədova peşəkar idmançı imiş.