Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasında nöqsanlar aşkarlayıb.
Bununla bağlı Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.