Yevlax şəhərində toyda dava düşüb.
Hadisə şəhər ərazisində fəaliyyət göstərən "Turan" şadlıq sarayında baş verib. Rayon sakini Murad Ağayev(soyad şərtidir) tanışının övladının kiçik toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedib. Orada spirtli içki qəbul etdikdən sonra toya pul yazdırmaq üçün foyeyə çıxarkən tanışı Yadigarın söyüş söydüyünü görüb. Murad Yadigardan xahiş edib ki, toyda qadınlar var, söyüş söyməsin. Bu vaxt sərxoş vəziyyətdə olan Yadigar ona yaxınlaşaraq vurmaq istəyib. Bu vaxt Murad əli ilə Yadigarı itələyib yıxıb və yoluna davam edib.