Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.