Ötən ay vəfat edən gənc şair Həsən Kürün övladı dünyaya gəlib. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün onun oğul övladı doğulub.
Ölümündən bir ay sonra övladı doğuldu
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsən Zeynallı Vətən müharibəsi iştirakçısı olub. O, bu ilin fevralında intihara cəhd etmişdi. Ötən ay isə halı pisləşdiyi üçün Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, orada beyin qanaması nəticəsində dünyasını dəyişmişdi.