Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası və Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Səidə Behbudova vəfat edib.
Bakıda doğulan Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, sonra dosent kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
